
"Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB
- 02:50 - 24 Fevral
"Qarabağ" bu gün Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə cavab oyununa çıxıb.
Avropa.info xəbər verir ki, Ağdam təmsilçisi Belçika klubu ilə bu dəfə səfərdə üz-üzə gəlir. Görüş "Gelamko Arena"da oynanılır. Qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edir.
Bu komandalar arasında Bakıdakı ilk matçda "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Təmsilçimiz iki oyunun cəmində də qalib gələrsə, avrokuboklarda 1/8 finala adlayan ilk Azərbaycan klubu olacaq.
Konfrans Liqası, pley-off mərhələsi
Cavab oyunu
00:00. "Gent" (Belçika) - "Qarabağ" (Azərbaycan) - 1:0 (Penaltilər seriyası - 5:4)
Qol: Orban, 75
"Gent": + + + + +
"Qarabağ": + + + -
Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)
VAR: Devid Kut (İngiltərə)
Gent, "Gelamko Arena"
İlk oyun - 0:1.