"Gent"in daha iki futbolçusu "Qarabağ"la oyunu buraxa bilər

  • 07:09 - 23 Fevral

"Gent"in daha iki futbolçusu Belçikada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçını buraxa bilər.

Avropa.info "report"a istinadən xəbər verir ki, bunlar müdafiəçi Cozef Okumu və yarımmüdafiəçi Endryü Hülsagerdir.

Okumu Bakıdakı ilk görüşdə xəsarət alıbsa, Hülsager "Aud-Heverle Lövyen"lə çempionatın XXVI tur oyununda sıradan çıxıb.

Daha əvvəl Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmada zədələnən Alessio Kastro-Montesin də növbəti oyunda iştirakı sual altına düşüb.

Узнать больше

Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.


Oxunma sayı: 6271

Oxşar yazılar