Azərbaycanlı həkimlər Türkiyədə təbii fəlakət zonasında 1364 zərərçəkənə yardım göstəriblər - FOTO

  • 12:47 - 22 Fevral

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Türkiyədəki səyyar səhra xəstəxanaları 260-ı uşaq olmaqla 1364 nəfərə tibbi xidmət göstərib. 

Avropa.info bildirir ki, bu barədə çərşənbə günü, fevralın 22-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

“Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin nəticələrinə yardım etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə qardaş ölkəyə ezam olunmuş Fövqəladə Hallar Nazirliyinin səyyar səhra xəstəxanaları Qəhrəmanmaraşda fəaliyyətini davam etdirir. zəlzələ nəticəsində ciddi ziyan dəyib”, - deyə məlumatda bildirilib. 

Səyyar səhra xəstəxanaları fasiləsiz fəaliyyət göstərir. 

Fevralın 6-da Türkiyənin cənub-şərqində maqnitudası yeddi baldan çox olan iki zəlzələ baş verib (yerli vaxtla saat 04.17-də - 7.7 bal və 13.24-də - 7.6 bal). 

Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 42,3 min nəfəri keçib. 

Dağıdıcı zəlzələ qonşu ölkələrdə, o cümlədən Suriya, Livan, KKTC, yunan Kipri və İraqda da hiss olunub.


Oxunma sayı: 3136

Oxşar yazılar