Konfrans Liqası: “Qarabağ” "Gent"ə qalib gəldi - YENİLƏNİB

  • 23:43 - 16 Fevral

UEFA Kofrans Liqası

Pley-off

21:45. "Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika) - 1:0 

Qol: Leandro Andrade, 78

Hakimlər: Mohammed Al-Hakim,  Fredrik Klyver, Robin Vilde (İsveç)

Reallaşdırılmayan penalti: Ramil Şeydayev, 52 ("Qarabağ")

Bakı.Tofiq Bəhramov adına Respublika stadionu

***20:38

Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Belçika "Gent"inin start heyətləri açıqlanıb.

Avropa.info xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 8. Marko Yankoviç, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Ehtiyar oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzia, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 87. Adama Diakabi, 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

"Gent": 33.Deyvi Rof, 2.Cozef Okumu, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 20. Villi Orban, 23.Cordan Torunariqa, 24.Sven Kums, 31.Bruno Qodo

Ehtiyat oyunçular: 1.Pol Nardi, 10.Yens Petter Hauge, 17.Endryü Hülsager, 19.Malik Fofana, 22.Süleyman Marre, 25.Nurio Fortuna, 29.Loran Depuatr

Baş məşqçi: Heyn Vanhazebruk

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

***19:31

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.

Avropa.info xəbər verir ki, "köhlən atlar" Bakıda Belçika "Gent"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-da başlayacaq. Matçın baş hakimi İsveç Futbol Federasiyasından Məhəmməd Al-Hakim olacaq.

Ağdam təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Qış fasiləsində Kadi Borges və Kvabena Ovusunu satan Azərbaycan çempionunda qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov zədə, digər arxa xətt oyunçusu Kevin Medina isə cəza səbəbindən bugünkü qarşılaşmanı buraxacaqlar. Qonaqlardan isə polşalı müdafiəçi Kamil Pyontkovski ilə serbiyalı hücumçu Darko Lemayiç "Qarabağ"a qarşı oynamayacaq.

Bu oyun Azərbaycan və Belçika təmsilçilərinin avrokuboklarda 11-ci dueli olacaq. İndiyədək baş tutan 10 matçın 4-də Azərbaycan komandaları qələbə qazanıblarsa, 5 dəfə rəqiblər buna nail olublar. Bir qarşılaşma isə heç-heçə yekunlaşıb. Topların nisbətində belçikalıların aşkar üstünlüyü var - 18:9.

"Qarabağ" tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq. Ağdamlılar ötən mövsüm turnirin bu raundunda Fransa "Marsel"inə uduzaraq (1:3, 0:3) avrokuboklarla vidalaşıb.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
16 fevral

21:45. "Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika)

Hakimlər: Məhəmməd Al-Hakim, Fredrik Klayver, Maks Robin Uayld, Boyan Panciç (İsveç)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək.


Oxunma sayı: 5446

Oxşar yazılar