Belçikada qapıçı penalti vurarkən öldü

  • 05:41 - 13 Fevral

Belçikada Qərbi Flandriyadan olan "Sint-Elois-Vinkel-Sport" komandasının qapıçısı Arne Espil 25 yaşında matç zamanı qəflətən dünyasını dəyişib. 

Avropa.info xəbər verir ki, bu barədə “Nieuwsblad” məlumat yayıb. 

Espil həvəskarlar liqasında klubun ikinci komandasında çıxış edib. Fevralın 11-də "Westrosebaek" komandası ilə oyunun ikinci hissəsində Espil penaltini yerinə yetirsə də, demək olar ki, huşunu itirərək qazona yıxılıb. 

Qapıçıda qıcolmalar başlayıb, ona ilkin tibbi yardım göstərilib. Stadiona gələn təcili tibbi yardım həkimləri ürək-ağciyər reanimasiyası aparmağa çalışsalar da, nəticə olmayıb. 

Klubda gənc yaşlarından komandada çıxış edən futbolçunun ölümünü “hamı üçün fəlakət və şok” adlandırıblar.


Oxunma sayı: 4445

Oxşar yazılar