Bu məsafədən də avtoqol olar? - VİDEO

  • 21:29 - 03 Fevral

"Ştutqart"ın futbolçusu Konstantinos Mavropanos Almaniya kubokunda antirekorda imza atıb.

Avropa.info xəbər verir ki, bu, turnirin 1/8 finalı çərçivəsində keçirilən "Padeborn" ilə görüşdə qeydə alınıb. Yunanıstanlı müdafiəçi sözügedən matçda 48 metrlik məsafədən avtoqola imza atıb. Qolkiper bu məsafədən geriyə ötürmə gözləmədiyindən, top qapıya yönəlib. Bu da turnir tarixində ən uzun avtoqolu olub.

Qeyd edək ki, Konstantinos Mavropanosun uğursuzluğuna rəğmən "Ştutqart" 2:1 hesablı qələbə ilə mərhələ adlayıb. (publika)


Oxunma sayı: 5204

Oxşar yazılar