Ukraynada yeni hücum briqadaları formalaşdırılmağa başladı

  • 16:49 - 03 Fevral

Ukrayna Daxili İşlər Nazirliyi hərbi əməliyyatlarında iştirak etmək üçün yeni hücum briqadaları formalaşdırmağa başlayıb. 

Avropa.info bildirir ki, bu barədə telemarafon zamanı idarənin rəhbəri İqor Klimenko məlumat verib. 

"Bir çox əməkdaşımız belə birliklərə adam toplamaq təşəbbüsü ilə çıxış etdilər. Ona görə də qərara alındı ​​ki, hər kəs oxşar briqadalarda birləşdirilsin. Biz artıq belə bölmələri formalaşdırmağa başlamışıq", - deyə o bildirib. 

Klimenkonun sözlərinə görə, briqadaların onurğa sütununu hazırkı və keçmiş sərhədçilər, polislər, Milli Qvardiyaçılar, hərbi qulluqçular və Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları təşkil edəcək.


Oxunma sayı: 2652

Oxşar yazılar