Pakistanda məsciddə törədilən terror aktının detalları ortaya çıxdı: Hücum edən polis formasında - FOTO

  • 16:14 - 03 Fevral

Pakistanda məscidə intiharçı hücumu həyata keçirən terrorçunun məscidin yerləşdiyi əraziyə daxil olmaq üçün polis forması geyindiyi açıqlanıb. 

Avropa.info xəbər verir ki, yanvarın 30-da Hayber-Paxtunxva əyalətinin Peşəvər şəhərində polisin yerləşdiyi məscidə intiharçı hücumu ilə bağlı istintaq davam edir. 

Hayber Paxtunxva polis rəisi Moazzam Jah Ansari bölgədəki təhlükəsizlik kameralarının yoxlanıldığını və terrorçunun məscidin yerləşdiyi təhlükəsiz bölgəyə polis qiyafəsində əsas qapıdan daxil olduğunu bildirib. 

Terrorçunun cinayət yerindəki görüntüsünə çatdığını qeyd edən Ənsari, polis əməkdaşlarının hücumçunun özlərindən olduğunu düşündükləri üçün ona nəzarət etmədiklərini ifadə edib. 

Terrorçunun partlatdığı bombanın 10-12 kiloqram trotil olduğunu və partlayışın təsirini artırmaq üçün toplardan istifadə edildiyini bildirən Ənsari terrorçunun tək olmadığını və arxasında böyük bir şəbəkənin olduğunu bildirib. 

Xatırladaq ki, Pişəvərdə məscidə edilən hücumda əksəriyyəti polis olmaqla 100 nəfər həyatını itirib, 221 nəfər yaralanıb.

Foto - Pakistan'daki camiye saldırıda detaylar ortaya çıkıyor! Saldırgan polis kılığına girmiş
  •  
Foto - Pakistan'daki camiye saldırıda detaylar ortaya çıkıyor! Saldırgan polis kılığına girmiş
  •  
  •  
Foto - Pakistan'daki camiye saldırıda detaylar ortaya çıkıyor! Saldırgan polis kılığına girmiş

Oxunma sayı: 3103

Oxşar yazılar