Qurani-Kərimi yandıran irqçi ekstermist barədə ŞOK FAKTLAR: "TRT World" Paludanın ifşaedici səs yazılarını AÇIQLADI

  • 15:42 - 03 Fevral

İsveçli siyasətçi Rasmus Paludanın yetkinlik yaşına çatmayan uşaqlarla seksual xarakterli söhbətləri ortaya çıxıb. 

Avropa.info xəbər verir ki, "TRT World" Paludanın qalmaqallı mesajlarını açıqlayıb. 

Qurani-Kərimi yandıran irqçi siyasətçi Rasmus Paludanın internet üzərindən 13-14 yaş arası uşaqlarla seksual xarakterli söhbətlər etdiyi öyrənilib. 

"TRT World"ün əldə etdiyi səs yazılarına görə, "Diskord"dan istifadə edən uşaqlar açıq şəkildə Paludana yaşlarını 13-17 arasında deyib, neçə yaşında olduğunu soruşduqda isə Paludan 39 yaşında olduğu məlumatını paylaşıb. 

İsveçdə qanuni razılıq yaşı 15 olduğu halda, Paludan 13 və 14 yaşlı şaqlarla bilərəkdən seksual xarakterli söhbətlər edib. 

Paludanın uşaqlarla seksual söhbətlərindən biri 11 avqust 2021-ci ildə baş verib. 

Söhbət əsnasında Paludan bir uşağın market arxasında biri ilə əxlaqsız münasibətdə olduğunu iddia edib. 

Paludan 14 avqust 2021-ci ildə "Diskord"da söhbət otağında danışdığı uşaqların 13-14 yaşlarında olduğunu bilsə də, evində "çılpaq" gəzdiyini söyləyib. 

Səs yazılarından öyrənilib ki, irqçi siyasətçi uşaqlara İslamı "niyə bəyənmədiyini" də deyib.


Oxunma sayı: 1926

Oxşar yazılar