Rusiya ordusunun atdığı raket yaşayış binasına düşdü - 3 ölü, 8 yaralı - FOTO

  • 14:31 - 03 Fevral

Rusiya ordusunun Ukraynanın Donetsk vilayətində atdığı raketin yaşayış binasını vurması nəticəsində 3 nəfərin öldüyü, 8 nəfərin yaralandığı açıqlanıb. 

Avropa.info xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Birliyinin verdiyi açıqlamada Donetsk vilayətinin Kramatorsk şəhərində 4 mərtəbəli yaşayış binasının raketlə vurulması nəticəsində dağıldığı bildirilib. 

Açıqlamada hadisə yerinə sövq edilən axtarış-xilasetmə qruplarının 3 nəfərin cəsədini dağıntılar altından çıxardığını, 8 nəfərin isə yaralandığı bildirilib. 

Ukrayna prezidenti Vladimir Zelenski Kramatorskdakı yaşayış binasına vurulan raketlə bağlı açıqlama verib. 

Hücum zamanı mülki şəxslərin həlak olduğunu və dağıntılar altında qaldığını bildirən Zelenski, “Bu, tarixin təkrarı deyil, bu, ölkəmizin gündəlik həyatının reallığıdır” deyib. 

Ölkəsinin “mütləq şər”lə ortaq sərhədə malik olduğuna işarə edən Zelenski, “Belə faciələrin təkrarlanma ehtimalını sıfıra endirmək üçün bu pisliyə qalib gəlmək lazımdır” deyib.

Zelenski həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib və günahkarları mütləq tapıb cəzalandıracaqlarını əlavə edib. 

Digər tərəfdən, Ukrayna Baş Qərargahından verilən açıqlamada, Rusiya ordusunun son 24 saatda 4-ü Donetsk bölgəsindəki Slavyansk, Kramatorsk və Drujkivka yaşayış məntəqələrinə olmaqla 6 raket hücumu və 4 hava hücumu təşkil etdiyi bildirilib. 

Rusiya qüvvələrinin çoxsaylı atışlı raket sistemləri ilə 73 hücum təşkil etdiyinə diqqət çəkən açıqlamada raket hücumlarında mülki vətəndaşların həyatını itirdiyi bildirilib. 

Açıqlamada rus əsgərlərinin böyük itkilərə baxmayaraq, Limansk, Bahmutsk, Avdiyivka və Novopavlovsk istiqamətlərində irəliləməyə çalışdığı bildirilib. 

Açıqlamada Ukrayna əsgərlərinin Luqansk və Donetsk vilayətlərindəki yaşayış məntəqələrində rusların hücumlarını dəf etdiyi, Luqansk vilayətində Novoqorovka, Nevskoye və Dibrova, Donetsk vilayətində isə Ternı və Serebryankanın Rusiya tərəfindən atəşə tutulduğu bildirilib. 

Baxmut və Avdiyiv istiqamətində bəzi yaşayış məntəqələrinin Rusiya qüvvələrinin hücumlarından təsirləndiyi qeyd edilib.

Ukrayna’da füze apartmana isabet etti: 3 ölü, 8 yaralı - 1

Oxunma sayı: 2168

Oxşar yazılar