Finlanidya və İsveçdən növbəti NATO AÇIQLAMASI

  • 12:35 - 03 Fevral

Finlandiyanın baş naziri Sanna Marin və İsveçin baş naziri Ulf Kristersson Stokholmda keçirilən birgə mətbuat konfransında Finlandiya və İsveçin eyni zamanda NATO-ya üzv olmaqda qərarlı olduqlarını bildiriblər. 

Avropa.info xəbər verir ki, Finlandiyanın baş naziri Sanna Marin, "İsveçin problemli uşaq kimi göründüyü mühiti sevmirəm" deyərək, NATO-nun hər iki ölkənin üzvlüyünü təsdiqləməsi lazım olduğunu vurğulayıb. 

İsveçin baş naziri Ulf Kristersson deyib: “Nəsə yanarkən danışıqlardan söhbət gedə bilməz”. 

Kristersson İsveçin Finlandiya və Türkiyə ilə müqavilə imzaladığını da qeyd edib. O, NATO-nun üçtərəfli sazişini həyata keçirməyə davam edəcəyini bəyan edib. 

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün prezident Rəcəb Tayyib Ərdoğanın “Finlandiya ilə bağlı fərqli mesaj verəndə İsveç şoka düşəcək” açıqlaması ilə bağlı danışıb. 

“Müraciət prosesindən bu yana Finlandiya ilə daha az problemimiz olduğunu deyirik. Möhtərəm Prezidentimizin verdiyi bəyanat əslində proses başlayandan bəri verdiyimiz bəyanatların təsdiqidir. İki ölkənin müraciət prosesi başlayandan bəri Finlandiya ilə daha az problemimiz olduğunu deyirdik. Problemli ölkə ilə daha az problemli ölkəni ayırd etmək ədalətli olardı. Bununla belə, iki ölkənin üzvlük prosesinin birlikdə aparılması istənilib. Bu səbəbdən üçlü ahitnamə imzalanıb. O vaxtdan bəri Finlandiya bəzi addımlar atdı, lakin İsveçdəki kimi heç bir təxribat olmadı. Finlandiyada NATO əleyhinə olan şəxslər də var”, - deyə o bildirib. 

Çavuşoğlu İsveç mövzusunda Finlandiyanın müstəqil bir qiymətləndirməsinin ola biləcəyini də ifadə edib.


Oxunma sayı: 2135

Oxşar yazılar