Conson Putinin Ukraynaya hücumu haqda: "O, dəli deyil, sadəcə, tarixi səhv etdi"

  • 10:54 - 03 Fevral

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson paytaxt Vaşinqtonda beyin mərkəzi olan "Atlantic Council"da Qərb ittifaqının Ukraynaya verdiyi dəstək və Rusiyaya qarşı atılacaq addımlarla bağlı çıxış edib. 

Avropa.info xəbər verir ki, Conson Qərb alyansına müraciət edərək, Ukraynaya tanklar, artilleriya sistemləri və döyüş təyyarələri daxil olmaqla bütün yardımların göstərilməli olduğunu müdafiə edib. Keçmiş baş nazir “Onlara lazım olanı verin” ifadəsini işlədib. 

ABŞ-ın Ukraynaya verdiyi dəstəyin çox əhəmiyyətli olduğuna diqqət çəkən Conson, “ABŞ-ın dəstəyi olmasaydı, Rusiya prezidenti Vladimir Putin Ukraynada “kukla hökumət” qurar və bölgədəki digər ölkələrə nüfuz edərdi", deyib.

Putinin Ukraynaya hücum edərək səhv hesablama apardığını iddia edən Conson, "(Putin) O, dəli deyil, xəstə deyil. Sadəcə tarixi bir səhv etdi. Nüvə silahından da istifadə etməyəcək, çünki bu, onlara dəstək olan Çinin son qığılcımını söndürəcək” dəyərləndirməsini edib. 

Heç kimin, o cümlədən öz xalqı və dünyadakı havadarlarının Rusiyanın nüvə silahı istifadəsinə dəstək verməyəcəyini ifadə edən Conson, neo-imperialist kimi təsvir etdiyi Putinin Sovet İttifaqının dağılmasının qisasını almaq istədiyini bildirib.


Oxunma sayı: 1849

Oxşar yazılar