İrandan çox böyük SKANDAL: On minlərlə Azərbaycan türkü hər an ölə bilər - Tehran Bakının yardım təklifini qəbul etmədi

  • 09:17 - 03 Fevral

İranın Xoy şəhərində baş verən zəlzələdən sonra Tehran administrasiyası Azərbaycan türklərinin yaşadığı bölgəyə yardımların daxil olmasına mane olur. Bölgədə on minlərlə türk donub ölmək təhlükəsi ilə üz-üzədir.

Tehran Azərbaycanın dağıdıcı zəlzələdən zərər çəkmiş Xoy şəhərinin sakinlərinə yardım təklifini qəbul etməyib. 

Avropa.info bildirir ki, “Anadolu”nun diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Azərbaycanın Tehrandakı səfirliyinə terror aktı nəticəsində iki ölkə arasında münasibətlərdə yaranmış böhrana baxmayaraq, Azərbaycan hökuməti fəlakətin nəticələrinin aradan qaldırılmasında İrana yardım təklif edib, lakin İran tərəfi bunu rədd edib. 

Yanvarın 28-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 5,8 bal gücündə zəlzələ baş verib. 

Etnik azərbaycanlıların sıx məskunlaşdığı bölgədə rəsmi rəqəmlərə görə zəlzələ nəticəsində 1500 ev dağılıb. 

Sosial şəbəkələrdə zəlzələdən sonra soyuq havada çöldə qalan insanların lazım olan köməyi ala bilmədiklərini əks etdirən görüntülər yayılıb.


Oxunma sayı: 2047

Oxşar yazılar