İranda etirazlar: Nümayişçilər şəhər meydanındakı heykəli yıxdı - 5 nəfər yaralanıb, 10 nəfər saxlanılıb

  • 08:58 - 02 Fevral

İranın qərbindəki İlam vilayətinin Abdanan şəhərində keçirilən etiraz aksiyaları zamanı 5 nəfər yaralanıb, 10 etirazçı saxlanılıb. 

Avropa.info xəbər verir ki, "Tesnim" xəbər agentliyinin məlumatına görə, fevralın 2-nə keçən gecə bir qrup etirazçı əvvəllər həbs olunmuş nümayişçilərin azad edilməsi tələbi ilə Besic meydanında mitinq təşkil edib. 

Etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər, bundan sonra təhlükəsizlik qüvvələri etirazçıları dağıtmağa başlayıb. 

Etiraz aksiyaları Abdanan şəhərindəki aksiyaların liderlərindən biri olduğu deyilən Sejdad Muradivendinin həbsinə cavab olaraq təşkil edilib. 

Bundan əlavə, etirazçılar nümayişçi Ayet Arifiniaya qarşı həbs cəzası ilə razılaşmadıqlarını bildiriblər. 

Sosial şəbəkələrdə yayılan görüntülərdə şəhərin küçələrinin alov içində olduğu və bir qrup insanın şəhər meydanındakı heykəli yıxdığı görünür.


Oxunma sayı: 1827

Oxşar yazılar