Çavuşoğludan mühüm AÇIQLAMA: Türkiyə işə qarışdı - Norveçdən geriyə ADDIM

  • 21:53 - 02 Fevral

Türkiyənin xəbərdarlığı nəticəsində Norveç hakimiyyətinin Qurana hücumla bağlı hərəkətlərə icazəni geri götürüb. 

Avropa.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tbildirib. 

“İsveç, Hollandiya və Danimarkada baş verənləri gördünüz. Eyni şey Norveçdə də baş verməli idi. Bu gün Norveç səfirini Xarici İşlər Nazirliyimizə dəvət etdik və onlar icazələrini ləğv etdilər. İnsanlığa qarşı cinayət ifadə azadlığı deyil. Bu nifrət cinayətidir. Nifrət ifadə azadlığı deyil”, - Çavuşoğlu bildirib. 

Norveç, İsveç, Danimarka və Finlandiyanın az-çox eyni söz azadlığı qanunlarına sahib olduğunu qeyd edən Çavuşoğlu deyib: 

“Onlar iddia edirlər ki, özünü ifadə etmək demokratiyanın bir hissəsidir. Quranı yandırmaq qanuna zidd deyil. Finlandiya, indi də Norveç bizim mövqeyimizi bölüşür ki, müqəddəs kitabımız olan dinimizə qarşı təxribat xarakterli hərəkətlərin demokratiya ilə heç bir əlaqəsi yoxdur. Lakin İsveç və Danimarka fərqli düşünür. Əgər onlara münasibətdə bu cür hərəkətlər edilərsə, bu, irqçilik, ksenofobiya və radikallaşma kimi qiymətləndiriləcək. Biz bunu düzgün hesab etmirik”. 

Çavuşoğlu əlavə edib ki, hansı dindən olursa olsun bir dinə hücum qəbuledilməzdir. 

“Biz İsraili qanunları pozduğuna görə tənqid edə bilərik, lakin bunun antisemitizmlə heç bir əlaqəsi yoxdur. Eyni sözləri xristianlıq və digər dinlər haqqında da demək olar”, - deyə Mövlud Çavuşoğlu yekunlaşdırıb.


Oxunma sayı: 1783

Oxşar yazılar