"Vaqner" komandirindən Rusiyanı çətinə salan, qan donduran ETİRAF: Döyüşməkdən imtina edən məhbuslar necə güllələnib... - FOTO

  • 13:58 - 02 Fevral

Rusiya cəbhəsində Ukraynaya qarşı döyüşən muzdlu dəstə olan “Vaqner”in keçmiş komandiri qruplaşmanın döyüşlərə qarşı çıxan mülki vətəndaşları güllələndiyini deyib. 

Avropa.info xəbər verir ki, Ukrayna mətbuatında yer alan xəbərlərdə ABŞ-ın yeni yardım paketi çərçivəsində "Boeing" tərəfindən istehsal edilən GLSDB silahlarını da verəcəyi irəli sürülüb. O, 150 kilometr mənzilə malik GLSDB və HIMARS kimi çoxbarrelli reaktiv yaylım atəşi sistemləri ilə buraxıla bilər. Əgər gözləntilər özünü doğrultsa, Ukrayna GLSDB-dən istifadə edən ilk ölkə olacaq. Vaşinqton Kiyevin 300 km mənzilli ATACMS tələblərini rədd edib, çünki bu raketlər Rusiyanın quru sərhədləri daxilindəki ərazilərə çata bilər. 

Digər tərəfdən, Kremlin sözçüsü Dmitriy Peskov ABŞ-ın Ukraynaya uzaqmənzilli silahlar tədarük edəcəyi ilə bağlı iddialara "Ukrayna üçün uzaqmənzilli silahlar Rusiyanı çəkindirə bilməyəcək" deyib. "Bu, gərginliyi artırmağın bir yoludur. Biz bunu görürük və bu, bizdən əlavə səylər tələb edir. Lakin bu, hadisələrin gedişatını dəyişməyəcək, xüsusi hərbi əməliyyat davam edəcək”, - deyə Peskov bildirib. 

Digər tərəfdən Rusiyadan Norveçə qaçaraq sığınacaq istəyən “Vaqner” muzdlu dəstəsinin keçmiş komandiri Andrey Medvedev gördüyü məhkəməsiz edamlardan danışıb. "Vaqner"in sıralarında döyüşməkdən imtina edən məhbusların güllələndiyini qeyd edən Medvedev qrupun əsgərləri cəbhəyə “ölmək üçün” göndərdiyini bildirib.


Oxunma sayı: 2465

Oxşar yazılar