İngiltərədə son 10 ilin ən böyük tətili: Yüz minlərlə insan küçələrə çıxdı - FOTO

  • 13:53 - 02 Fevral

Bir çox məhsulların, xüsusən də enerji qiymətlərindəki yüksək qiymət artımı səbəbindən maliyyə çətinliyi yaşayan Avropada tətil dalğası günü-gündən artır. İngiltərədə müxtəlif sahələrdə çalışan müəllimlər, maşinistlər və məmurlar da daxil olmaqla yüz minlərlə insan "ədalətli maaş" tələbi ilə ölkə daxilində son 10 ilin ən böyük tətilinə imza atıb. 
   
Avropa.info xəbər verir ki, İngiltərədə müxtəlif peşələrdən olan yüz minlərlə dövlət qulluqçusu ölkə daxilində yürüşlər təşkil edib. 
   
2010-cu ildən bəri maaşlarının ən azı 23 faiz azaldılmasına məruz qalan 300,000-dən çox müəllim maaşlarının ikirəqəmli inflyasiyadan yuxarı artırılması tələbi ilə İngiltərədə yürüş keçiriblər. 

Paytaxt Londonda bir məktəb qarşısında çıxış edən NEU-nun baş katibi Meri Bouted nümayişçilərin etiraz etməkdən çəkindiklərini, lakin işlərin dəyişdirilməsi lazım olduğu üçün burada olduqlarını söyləyib. 

Nümayişlər səbəbindən məktəblərin əksəriyyətinin qismən və ya tamamilə bağlandığı, mitinqlərə görə nəqliyyatın kəsildiyi bildirilib. 

Britaniya Həmkarlar İttifaqları Konqresi (TUC) nümayişlərin qarşısını alacağı gözlənilən qanun layihəsinə etiraz etmək üçün bütün Böyük Britaniyada mitinqlər keçiriləcəyini açıqlayıb. Hökumət öz qanun layihəsində ictimai maraqları qorumaq üçün müəyyən sektorlarda fəaliyyətlərə məhdudiyyətlər qoymağı planlaşdırır. İngiltərənin Biznes, Enerji və Sənaye Strategiya naziri Qrant Şapps, səhiyyə kimi bəzi sektorlardakı etiraz məhdudiyyətlərini müdafiə edərək, etirazlarda yaşana biləcək sağlamlıq problemlərinin meydana çıxması halında bu tədbirin əhəmiyyətinin başa düşüləcəyini söyləyib.
   
TUC-un baş katibi Paul Nowak qanun layihəsinin demokratik olmadığını və hərəkətləri daha da artıracağını bildirib. Qeyd olunur ki, sözügedən qanun layihəsi tətil günü işləməkdən imtina edən şəxsin işdən çıxarılmasına səbəb ola bilər. Yanğınsöndürmə briqadasının baş katibi Matt Vrack deyib: "Bu, İngiltərənin Covid-19 qəhrəmanlarına və bütün işçilərinə hücumdur. Bu avtoritar hücuma qarşı kütləvi müqavimət hərəkatına ehtiyacımız var”. 

Britaniya hökumətinin dövlət sektorunun əsas sektorlarında çalışan işçilərin tətil keçirməsini məhdudlaşdıran qanun üzərində işlədiyi bildirilir. Açıqlamada qeyd edilib ki, qanunun ölkədə dəmir yolları, yanğınsöndürmə və təcili yardım xidmətlərini əhatə etməsi nəzərdə tutulur. Bəyanatda fikirlərinə yer verilən İngiltərənin Biznes, Energetika və Sənaye Strategiya naziri Qrant Şapps qanunun tətil etmək istəyən işçilərə qarşı qeyri-mütənasib xidmət ixtisarlarından ictimaiyyəti qorumaq məqsədi daşıdığını vurğulayıb. Son zamanlar bir çox dövlət və özəl sektor işçiləri, xüsusən də dəmir yolu və səhiyyə sektorunda çalışanlar ölkə miqyasında iş dayandırırlar.

Foto - Avrupa yanıyor! Avrupa’da kriz dalga dalga yayılıyor! İngiltere’de son 10 yılın en büyük grevi: Yüz binler sokaklara indi

 

Foto - Avrupa yanıyor! Avrupa’da kriz dalga dalga yayılıyor! İngiltere’de son 10 yılın en büyük grevi: Yüz binler sokaklara indi

Oxunma sayı: 2124

Oxşar yazılar