İran BMT baş katibinə məktub göndərdi: Tehran İsfahanda Müdafiə Nazirliyinin obyektinə hücumda İsrailin iştirakını İDDİA EDİR

  • 13:37 - 02 Fevral

İsfahanda İran Müdafiə Nazirliyinin obyektinə hücumla bağlı ilkin araşdırma göstərib ki, hadisəyə görə məsuliyyət İsraildir. 

Avropa.info İSNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Amid Səid İrəvani deyib. 

İrəvani təşkilatın baş katibi Antonio Quterreşə yazdığı məktubda hücuma görə İsrailin məsuliyyət daşıdığını bildirib. 

O qeyd edib ki, İsrail öz hərəkətləri ilə beynəlxalq hüququ pozub. 

Diplomat BMT-ni “sionist hakimiyyətin döyüşkən bəyanatlarını pisləməyə, onları beynəlxalq qanunlara əməl etməyə məcbur etməyə və “regiondakı dağıdıcı fəaliyyətlərini” dayandırmağa çağırıb. 

İrəvaninin məktubunda vurğulanır ki, İran öz təhlükəsizliyini qorumaq və “sionist rejim” tərəfindən istənilən yerdə və istənilən vaxt istənilən təhlükəyə cavab vermək hüququna malikdir.


Oxunma sayı: 1607

Oxşar yazılar