
Lavrov: Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi, Azərbaycan torpaqlarını geri qaytardı
- 13:24 - 02 Fevral
Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi. Azərbaycan torpaqlarını geri qaytardı.
Avropa.info APA-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Rossiya-24" telekanalına müsahibəsində bildirib.
Lavrov Ermənistanın Azərbaycanın 7 rayonunu işğal etdiyini vurğulayıb.
"Azərbaycan ərazilərini geri qaytardı", - Rusiya XİN rəhbəri əlavə edib.