
Bakıda dəhşətli qətlin TƏFƏRRÜATI: Sevgilisinin əl-ayağını bağlayıb, qızını zorladı - YENİLƏNİB
- 18:35 - 02 Fevral
Sabunçu rayonunda kişinin sevgilisini və onun qızını bıçaqlaması barədə bəzi detallar məlum olub.
Avropa.info oxu.az-a istinadən xəbər verir ki, fevralın 2-də gecə saatlarında 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın evinə gəlib.
O, qadının əl-ayağını iplə bağlayıb, 14 yaşlı qızı Günay Şadatovanı zorlayıb.
Hadisəni törədən Z.Babayev daha sonra hər ikisini bıçaqlayıb.
Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.
***10:58
Bakıda ana və qızı bıçaqlanıb, biri ölüb.
Bu barədə Avropa.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 2-i saat 01 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb.
Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.
Araşdırma aparılır.