Rusiya əhalisi bir il ərzində 550 min nəfərdən çox azalıb

  • 17:12 - 02 Fevral

1 yanvar 2023-cü il tarixinə Rusiyanın əhalisi 2022-ci il yanvarın 1-i ilə müqayisədə 550 min nəfərdən çox azalaraq 146 milyon 424 min nəfər olaraq qiymətləndirilir.

Avropa.info xəbər verir ki, bu barədə "Rosstat"ın dərc etdiyi hesabatda bildirilib.. 

Eyni zamanda, hazırda şəhər əhalisi 109,6 milyon nəfərə yaxın, kənd əhalisi isə 36,8 milyon nəfərə yaxındır. 

Qeyd edək ki, statistikada Rusiyanın “yeni regionlarının” əhalisi nəzərə alınmayıb. 

Əhalinin hesablanması son siyahıyaalmanın nəticələri əsasında aparılır, ona doğulanların, ölənlərin və gedənlərin sayı əlavə edilir və çıxarılır. 

2021-ci ilin oktyabr-noyabr aylarında keçirilən Ümumrusiya əhalinin siyahıyaalınmasının nəticələrinə əsasən, ölkə əhalisinin sayı 147 milyon 241 min nəfər hesablanıb.


Oxunma sayı: 2619

Oxşar yazılar