ABŞ-ın paytaxtında ictimai nəqliyyatda silahlı hücum: 1 ölü, 3 yaralı

  • 16:01 - 02 Fevral

ABŞ-ın paytaxtı Vaşinqtonda silahlı şəxs əvvəlcə avtobusda, sonra da metro stansiyasında mübahisə etdiyi insanları güllələyib. Hadisədə şəxsi saxlamaq istəyən 1 metro işçisi həyatını itirib, 3 nəfər yaralanıb. Polis hücum edən şəxsi saxlayıb. 

Avropa.info xəbər verir ki, hücumun şəxsi xarakter daşıdığı bildirildi və hücumçunun avtobusdan düşən zaman ilk olaraq avtobusda mübahisə etdiyi şəxsin ayaqlarına atəş açaraq Potomac prospekti metro stansiyasına qaçdığı bildirilib. 

Vağzalda bilet aparatında mübahisə etdiyi şəxsin ayağına atəş açan təcavüzkarın eskalatorla platformaya endiyi bildirilib. Hücum edən şəxsin platformada bir qadınla mübahisə etdiyi və müdaxilə edən metro işçisinin güllələnərək hadisə yerində öldüyü açıqlanıb. Hücum edənin daha sonra digər sərnişinlər tərəfindən zərərsizləşdirilərək polis tərəfindən nəzarətə alındığı bildirilib.


Oxunma sayı: 2641

Oxşar yazılar