İranın Qum şəhərində diqqət çəkən HADİSƏ: 2 ayda beşinci dəfə oldu

  • 15:29 - 02 Fevral

İranın Qum şəhərində məktəblərdə təxminən 2 ay ərzində beşinci kütləvi zəhərlənmə hadisəsi baş verib. 

Avropa.info bildirir ki, İranın dövlət televiziyasının verdiyi xəbərə görə, Qum şəhərindəki Belkıs Burkay Qız Liseyində hələ naməlum səbəbdən çoxlu şagird zəhərlənib. 

Şagirdlərdə ürəkbulanma, baş ağrısı, əzalarda uyuşma kimi əlamətlər müşahidə olunub. 

Zəhərlənən 7 şagird və 1 müəllim xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib. 

Qumda kütləvi zəhərlənmə halları daha əvvəl 30 noyabr və 13 dekabrda Nur İncəsənət Məktəbində, 28 və 30 yanvarda isə Fatimiyyə Liseyində qeydə alınıb. 

Yarı rəsmi İran Tələbələr Xəbər Agentliyi (İSNA) məsələ ilə bağlı məlumat yayıb: “Prokurorluq və Qum millət vəkillərinin araşdırmasına baxmayaraq, ya səlahiyyətlilər heç nə bilmir, ya da məsələnin səbəbini açıqlamaq istəmir".


Oxunma sayı: 1970

Oxşar yazılar