Ərdoğan: Kiyevə tankların çatdırılması münaqişənin həllinə gətirib çıxarmayacaq

  • 14:22 - 02 Fevral

Qərb ölkələrinin Kiyevə silah, o cümlədən tankların tədarükü Ukraynadakı münaqişənin həllinə gətirib çıxarmayacaq. 

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində deyib. 

"Mən deyə bilmərəm ki, tankların tədarükü [Ukraynadakı münaqişənin] həlli istiqamətində bir addımdır. Biz Qərb dövlətlərindən Ukrayna və Rusiya arasında danışıqlara dair çağırışlarımızı dəstəkləyəcəklərini gözləyirik", - deyə o bildirib. 

Həmçinin, Ərdoğan Kiyevə silah tədarükünün artırılmasını nəzərdə tutaraq, bu “riskli addımın <...> xüsusilə silah baronları üçün faydalı olduğunu” vurğulayıb. 

Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq daha əvvəl bildirmişdi ki, Ukraynaya silah tədarükü gələcəkdə münaqişənin sülh yolu ilə həllinə şərait yarada bilər.

Yanvarın 25-də ABŞ hakimiyyəti Kiyevə 31 "M1 Abrams" tank tədarük etmək niyyətində olduqlarını açıqlayıb. Həmin gün Almaniya hökuməti Ukraynaya 14 "Leopard 2" tankı göndərəcəyini və digər ölkələrə bu maşınların təkrar ixracına icazə verəcəyini təsdiqləyib. Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, “Leopard 2” “martın sonuna qədər” Ukraynaya göndəriləcək. Norveç, Slovakiya, Böyük Britaniya, Polşa və Fransa da Kiyevə Qərb istehsalı olan tanklar vermək niyyətində olduqlarını bəyan ediblər. Kiyev ilk partiya olaraq 12 ştatdan 140-a qədər tank alacağını gözləyir. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Vaşinqtonun qərarları və digər ölkələrə təzyiqləri səbəbindən Ukraynadakı vəziyyət ətrafında gərginliyin dərəcəsi artır.


Oxunma sayı: 1937

Oxşar yazılar