"ABŞ Putinin Münhen çıxışına qulaq asmalı idi" - Köşə yazarından Ukrayna müharibəsi ŞƏRHİ

  • 13:56 - 02 Fevral

Hələ 2007-ci ildə Münhendəki çıxışında Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq etmişdi ki, NATO-nun Ukraynaya hərbi nüfuzu qəbuledilməzdir, ABŞ buna qulaq asmalı idi. 

Avropa.info xəbər verir ki, bu fikri "American Thinker" nəşrinin köşə yazarı Jared Peterson bildirib. 

"2007-ci ildə Münhendəki çıxışında Rusiya prezidenti Vladimir Putin Ukraynanın qırmızı xətlərin ən qırmızısı olduğunu açıq şəkildə bildirmişdi. Rusiya heç vaxt Ukraynanın NATO ilə müttəfiqliyinə dözməyəcək, Rusiyanın qapısında olan Ukraynanın Amerika silahları ilə doldurulmasına dözməyəcək. Bu fakt 2004-cü ildə ABŞ-ın rəngli inqilab deyilən hadisəyə açıq müdaxiləsindən sonra özünü büruzə verir”, - deyə o bildirib. 

Bununla belə, köşə yazarı  qeyd edir ki, bu, “Vaşinqtondakı neo-mühafizəkarların” Ukraynaya münasibətini dəyişməyib. O qeyd edir ki, "2008-ci ildə ABŞ prezidenti Corc Buş Ukraynaya nə vaxtsa NATO üzvlüyünün təklif olunacağına söz vermişdi və 2013-cü ildə Vaşinqton Ukraynada çevrilişi dəstəklədi". "Bütün 2021-ci il ərzində Rusiya daim Bayden administrasiyası ilə Ukraynanın neytrallığı və NATO-ya üzvlüyünün rədd edilməsi, eləcə də Donbass əhalisi üçün təhlükəsizlik təminatları ilə bağlı danışıqların aparılmasını xahiş edib. Bu xahişlərə məhəl qoyulmayıb", - o əlavə edib. 

“Budur, Rusiyanın Ukraynadakı “tamamilə səbəbsiz müharibəsi” kimi təsvir edilənlərin qısaca təkrarı”, – Peterson yekunlaşdırıb.


Oxunma sayı: 1827

Oxşar yazılar