KİV: Ukraynada silah təchizatına nəzarət edən Müdafiə Nazirliyinin rəsmisi istefa verib

  • 13:28 - 02 Fevral

Ukrayna Müdafiə Nazirliyinin hərbi-texniki siyasət, silah və hərbi texnikanın inkişafı departamentinin rəhbəri vəzifəsini icra edən Aleksandr Liyev istefa verib. 

Avropa.info xəbər verir ki, bu barədə Ukraynanın "Espresso" telekanalı məlumat yayıb. 

Ukrayna Silahlı Qüvvələrinin silah təchizatına nəzarət edən Lievin istefasının səbəbləri açıqlanmır. İstefanın qəbul edilib-edilməməsi barədə də məlumat verilmir. 

Yanvarın 31-də “Ukrayinska Pravda” Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Vitali Şibuninin məqaləsini dərc edib və orada Liyevin 2010-2014-cü illərdə Krımın kurortlar və turizm naziri olarkən Rusiyayönlü fəaliyyətlə məşğul olduğu iddia edilib. Məqalədə onun 2014-cü ildə Rusiyanın Krımı ilhaqını dəstəklədiyi də iddia edilib. Liyev bu nəşri Ukraynanın müdafiə naziri Oleksiy Reznikovu gözdən salmağa yönəlmiş “doldurma” adlandırıb. 

Ukraynanın Baş Prokurorluğu keçmiş müdafiə nazirinin müavini Vyaçeslav Şapovalovu orduda korrupsiya ittihamı ilə ittiham edib. Həmçinin, Müdafiə Nazirliyinin dövlət satınalmaları departamentinin keçmiş direktor müavini Boqdan Xmelnitski və Ukraynanın “Promoboroneksport” dövlət müəssisəsinin keçmiş rəis müavini Vladimir Tereşenkoya qarşı ittihamlar irəli sürülüb. Daha sonra Ukrayna Baş Prokurorluğu bu məmurların adlarını çəkmədən, lakin tutduqları vəzifəni açıqlamadan ittiham olunduğunu açıqlayıb. Ali Radanın deputatı Aleksiy Qonçarenko bildirib ki, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov vəzifəsini tərk edərək Ədliyyə Nazirliyinə rəhbərlik edə bilər.


Oxunma sayı: 1497

Oxşar yazılar