
İranda Azadi qülləsinin qarşısında rəqs edən gənclərə 10 il həbs cəzası verildi - VİDEO
- 12:24 - 02 Fevral
İranın paytaxtı Tehranda Azadi (Azadlıq) qülləsi qarşısında rəqs edən gənc cütlük 10 il həbs cəzasına məhkum edilib. Qısa müddətdə internetdə yayılan cütlüyün görüntüləri 22 yaşlı Məhsa Əminin ölümündən sonra ölkədə baş verən etirazlara dəstək kimi şərh edilib. Gəncləri "icazəsiz toplaşmaqda" və "ictimai fahişəliyə təhrik etməkdə" ittiham edən İran məhkəməsi tənqidlərin mərkəzindədir.
Avropa.info xəbər verir ki, 20 yaşlarında olan Aştiyaz Həqiqi və onun nişanlısı Əmir Məhəmməd Əhmədi noyabrın əvvəllərində Azadi qülləsinin qarşısında romantik rəqs edərkən çəkilən videonun internetdə yayılmasından sonra həbs edilib.
Həqihi İranın sərt qaydalarına zidd olaraq baş örtüyü geyinməyib. İranda kişilərlə yanaşı, qadınların da ictimai yerlərdə rəqs etməsi qadağandır.
ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) Tehrandakı inqilab məhkəməsinin müttəhimlərə 10 il 6 ay həbs cəzası verdiyini və internetdən istifadə və ölkədən çıxışına qadağa qoyub.
Bununla belə, artıq sosial şəbəkələrdə məşhur olan cütlük “korrupsiya və ictimai fahişəliyi təbliğ etmək”, “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq”da təqsirli bilinib. HRANA bildirib ki, cütlüyün ailələrinə yaxın mənbələr məhkəmə prosesi zamanı vəkillərindən məhrum edilib və onların zaminə buraxılması cəhdləri rədd edilib.
Bildirilir ki, Haqi hazırda Tehrandan kənarda, şərtləri fəallar tərəfindən mütəmadi olaraq pislənilən Qarçaq qadın həbsxanasındadır.
Digər tərəfdən, İran hakimiyyəti sentyabrda Məhsa Əmininin ölümündən sonra istənilən müxalifəti sərt şəkildə sıxışdırıb. Baş örtüyü qaydalarını pozduğu iddiası ilə həbs edilən Əmininin ölümü rejim əleyhinə hərəkata çevrilən etirazlara səbəb olub.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, tanınmış simalardan, jurnalistlərdən və hüquqşünaslardan tutmuş küçələrə çıxan sadə insanlara qədər ən azı 14 min insan həbs edilib.
Digər tərəfdən, cütlüyün videosu etiraz hərəkatının tələb etdiyi azadlıqların simvolu kimi qarşılanıb.
Tehranın əsas simvollarından biri olan futuristik Azadi (Azadlıq) qülləsi potestosla simvolik məna kəsb edib. Bina 1970-ci illərin əvvəllərində sonuncu Şah Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə Şahyad (Şahın xatirəsi) qülləsi kimi istifadəyə verilib.
Qüllənin adı 1979-cu ildə İslam Respublikasının qurulması ilə şahın devrilməsindən sonra dəyişdirilib. Onun memarı, indiki İranda tanınmayan Bəhai dininin nümayəndəsi Hüseyn Əmanət hazırda mühacirətdə yaşayır.