ABŞ-dan Azərbaycana bir mühüm səfər, bir mühüm XƏBƏR: Vaşinqtonun əsas istəyi...

  • 08:48 - 02 Fevral

ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunda Enerji Diplomatiyası komandasına rəhbərlik edən Laura Lokman Bakıya gəlib. O həm Azərbaycan rəsmiləri ilə görüşəcək, həm də IX Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclasında iştirak edəcək. 

Avropa.info-nun məlumatına görə, ABŞ rəsmisinin səfəri barədə danışan siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, Vaşinqton əvvəlkitək Azərbaycanın enerji layihələrinə dəstək verir. "Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda Avropanın Azərbaycanın resurslarına ehtiyacı artıb. Avropanın Rusiyanın enerji asılılığından azalmasında Azərbaycanın artan rolu ABŞ-ın maraqlarına cavab verir", - deyə o qeyd edib.

Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ-dan Azərbaycanla bağlı daha bir xəbər gəlib: 

"Dövlət katibi Entoni Blinken Luis Bononu ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin edib. Luis Bono yeni vəzifəsinə qədər ABŞ-ın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında missiya rəhbərinin müavini olub. Bundan başqa Lusi Bono ABŞ-ın Avropa İttifaqındakı və BMT-dəki nümayəndəliklərində, həmçinin Berlin və İslamabaddakı ABŞ səfirliklərində də çalışıb. Vaşinqton Minsk Qrupundan imtina edib, Qarabağla məşğul olmaq istəmir, əsas istəyi Azərbaycanla Ermənistan arasında barış əldə etməkdir. Bu, Azərbaycanın da maraqlarına uyğundur".


Oxunma sayı: 1915

Oxşar yazılar