Qeyri-adi qətl hadisəsi: Özünü ölü göstərmək üçün oxşarını öldürdü - FOTO

  • 11:48 - 02 Fevral

Almaniyada polis çox maraqlı qətlin üstünü açıb. İddiaya görə, rəsmi ölü kimi görünmək istəyən qadın özünə oxşayan başqa bir qadını öldürüb. 

Avropa.info xəbər verir ki, ötən ilin avqustunda Almaniyanın cənubundakı İnqolştadt şəhərində polisin saxladığı avtomobildə qan içində qadın cəsədi tapılıb. Qadının 50-dən çox bıçaq zərbəsi aldığı müəyyən edilərkən, onun şəxsiyyətinin İraq əsilli alman Şaraban K. olduğu məlum olub. 

Şaraban K.-nın ailə üzvləri 23 yaşlı gənc qadının meyitini müəyyən edib. Daha sonra edilən yarılma hesabatında şübhəli bir vəziyyət olduğu göstərilib. 

Yarılmadan sonra qurbanın qonşu Baden-Vürtemberq əyalətinin Heilbronn şəhərindən olan 23 yaşlı əlcəzairli gözəllik blogeri Xədicə Ö. olduğu müəyyən edilib. 

Polisin açıqladığı məlumata görə, iki qadın bir-birinə çox bənzəyirmiş. Onların ikisi qara dərisi, düz qara uzun saçları və xüsusilə ağır makiyajı ilə "ifrat dərəcədə oxşar" idi. 
 

Sahte ikiz cinayeti: Kendisini öldü göstermek için benzerini öldürdü - 1

Cinayət törədən Şaraban K. və öldürülən Xədicə Ö. 

Səlahiyyətlilər 19 avqust 2022-ci ildə Şaraban K. və onun sevgilisi Şeqir K.-ni həbs ediblər, lakin bu günə qədər heç bir açıqlama verilməyib. 

“Araşdırmalar bizi təqsirləndirilən şəxsin (Şaraban K.) ailə münaqişəsi zəminində gizlənmək istədiyini və bu məqsədlə öz ölümünü saxtalaşdırmaq istədiyini güman etməyə vadar etdi”, – bir neçə gün əvvəl İnqolştadt əyalət prokurorluğundan Veronika Qrieser bildirib. 

Yəni rəsmi şəkildə yoxa çıxmaq istəyən gənc qadın sosial şəbəkədə oxşarını taparaq onu öldürüb. Şəraban K.-nın sosial şəbəkədə ona oxşayan bir neçə qadınla ünsiyyətdə olduğu müəyyən edilib. 

Polis sözçüsü, "Cinayət silahı tapılmadı, amma sübut çox güclüdür. Qurban 50-dən çox bıçaq yarası ilə öldürüldü. Üzü tanınmaz idi" deyib. 

Cütlüyün günahı sübuta yetirilərsə, ömürlük həbs cəzası gözləyir.


Oxunma sayı: 2641

Oxşar yazılar