FED faiz qərarını AÇIQLADI: Dollarla bağlı mühüm QƏRAR - Son 16 ilin ən yüksək səviyyəsi...

  • 10:55 - 02 Fevral

ABŞ Federal Ehtiyat Sistemi (FED) siyasət faizini 25 bənd artıraraq 4,50-4,75% aralığına çatdırıb ki, bu da son 16 ilin ən yüksək səviyyəsidir. 

Avropa.info xəbər verir ki, FED-in yaydığı açıqlamada faiz artırma qərarının yekdilliklə qəbul edildiyi bildirilib. 

Federal Açıq Bazar Komitəsinin (FOMC) uzun vədədə maksimum məşğulluq və 2 faiz inflyasiya əldə etməyi hədəflədiyi vurğulanaraq, bu hədəfləri dəstəkləmək üçün federal fond faizinin 4,50-4,75% aralığına qaldırılmasına qərar verildiyi bildirilib. 

Açıqlamada, son göstəricilərin xərc və istehsalda mülayim artıma işarə etdiyi bildirilib və son aylarda məşğulluq artımlarının güclü olduğu və işsizlik nisbətinin aşağı səviyyədə qalmağa davam etdiyi qeyd edilib. 

FED-in açıqlamsında "İnflyasiya bir qədər azalıb, lakin hələ yüksək olaraq qalmağa davam edir", dəyərləndirməsi diqqət çəkib. 

Komitənin inflyasiya risklərinə qarşı son dərəcə ehtiyatlı olduğu vurğulanan məlumatda qeyd edilir ki, "Rusiya-Ukrayna müharibəsi böyük insani və iqtisadi çətinliklərə səbəb olur və qlobal qeyri-müəyyənliyin artmasına səbəb olur". 

Açıqlamada, Komitənin faiz dərəcələrindəki "davamlı" artımların inflyasiyanı 2 faizə qaldıracaq məhdudlaşdırıcı mövqe tutmasının pul siyasəti üçün uyğun olacağını proqnozlaşdırdığı bir daha vurğulanıb. 

Bankın açıqlamasında qeyd olunub ki, faiz dərəcəsinin “ölçüsü” müəyyən edilərkən pul siyasətində kumulyativ sərtləşdirmə, pul siyasətinin iqtisadi aktivliyə və inflyasiyaya təsirinin ləngiməsi, iqtisadi və maliyyə hadisələri nəzərə alınacaq. 


Oxunma sayı: 2993

Oxşar yazılar