Rusiyandan təcili AÇIQLAMA: Avropaya gedən neft kəməri ATƏŞƏ TUTULDU

  • 10:23 - 02 Fevral

Rusiyanın magistral neft kəmərləri və neft məhsulları boru kəmərləri operatoru "Transneft" şirkəti neftin Avropaya çatdırıldığı "Drujba" neft kəmərini təxribat etmək cəhdi barədə məlumat verib. 

Avropa.info-nun məlumatına görə, şirkətdən bildirilib ki, Ukrayna ilə sərhədə yaxın ərazidə “Drujba” neft kəmərinin infrastrukturu atəşə tutulub. 

“Həlak olan və ya xəsarət alan yoxdur, dəymiş ziyan təmir briqadası tərəfindən aradan qaldırılır. “Drujba” neft kəməri normal işləyir”, - məlumatda deyilir. 

Rusiya "Drujba" vasitəsilə Polşa, Almaniya, Xorvatiya və Macarıstan kimi bir çox Avropa ölkələrinə neft nəql edir.


Oxunma sayı: 1717

Oxşar yazılar