ABŞ-ın Federal Təhqiqatlar Bürosu Baydenin evində axtarış apardı - "Məxfi sənəd" SKANDALI böyüyür

  • 09:58 - 02 Fevral

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) nümayəndələri prezident Co Baydenin Rehoboth Beach (Delaver ştatı) şəhərindəki şəxsi evinə baxış keçirib, orada məxfi sənədlər tapılmayıb. 

Avropa.info xəbər verir ki, bu barədə Amerika liderinin vəkili Bob Bauer məlumat verib. 

Baydenin vəkili Bob Bauer verdiyi yazılı açıqlamada Ədliyyə Departamentinin Baydenin Delaver ştatının Rehoboth Beach şəhərindəki yay evində axtarış apardığını təsdiqləyib. 

Axtarışın yerli vaxtla saat 08:30-dan günorta saatlarına qədər davam etdiyini qeyd edən Bauer əlavə edib ki, evdə aparılan axtarışlar nəticəsində “gizli” qeyd olunan heç bir sənəd tapılmayıb. 

Yanvarın 10-da onun adını daşıyan Diplomatiya və Qlobal İştirak Mərkəzində Co Baydenin vitse-prezidenti olduğu dövrə aid bir neçə məxfi sənədlərin aşkarlanması ilə bağlı məlumatlar ortaya çıxıb. Qurum 2018-ci ildə açılıb, Baydenin özü prezidentliyə namizədlikdən əvvəl bu binalarda işləyib. 

Yanvarın 12-də ABŞ Baş prokuroru Merrik Qarland keçmiş ABŞ prokuroru Robert Hoerin Baydenin məxfi sənədlərlə səhv rəftar etməsini araşdırmaq üçün xüsusi müşavir təyin edildiyini açıqlayıb. Nazirin aydınlaşdırdığı kimi, onun idarəsi bu sənədlərin Baydenlə əlaqəli analitik mərkəzin ofisində 2022-ci il noyabrın 4-də aşkar edilməsi barədə məlumat alıb, həmin il dekabrın 20-də şöbəyə ABŞ-ın hazırkı prezidentinin evində belə sənədlərin olması barədə məlumat daxil olub.  

Qeyd olunan materiallar Baydenin ABŞ-ın vitse-prezidenti olduğu dövrə aiddir. 

Ağ Ev daha əvvəl davam edən istintaqda xüsusi müşavirlə əməkdaşlıq edəcəyinə zəmanət vermişdi.


Oxunma sayı: 1662

Oxşar yazılar