Ərdoğan: İslamafobiya ilə mübarizədə İsveçdən səmimi addımlar gözləyirik

  • 09:16 - 02 Fevral

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalında jurnalistlərin suallarını cavablandırıb. 

Avropa.info-nun məlumatına görə, Ərdoğan bildirib ki, “Türkiyə özünü regional güc kimi təsdiqləyib. İndi bizim vəzifəmiz dünya gücünə çevrilməkdir”. 

"Türkiyə yüzili Türkiyənin son dövrdə qazandığı güc və təcrübə ilə dünyanın ən görkəmli ölkələrindən birinə çevriləcəyi dövrün adıdır", - deyə Ərdoğan bildirib. 

Dövlət başçısı bildirib ki, Türkiyə Avropada və xüsusilə Skandinaviya ölkələrində artan anti-islam ritorikasından və aksiyalardan narahatdır. 

“İslamofobiya ilə mübarizədə İsveçdən səmimi addımlar gözləyirik. Biz İsveç və Finlandiyanın öhdəliklərini tam şəkildə yerinə yetirməsini gözləyirik”, - deyə Ərdoğan bildirib.


Oxunma sayı: 2311

Oxşar yazılar