Azərbaycanda deputat orta məktəbə direktor təyin olundu

  • 23:56 - 01 Fevral

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.

Avropa.info xəbər verir ki, bu barədə məlumatı “manset.az” yayıb.

Müvafiq əmrlə Turan Məmmədli 12 nömrəli tam orta məktəbin direktoru təyin olunub. T. Məmmədli bundan əvvəl Babək Rayonu Payızkənd orta məktəbinin direktoru olub.

Bildirək ki, Turan Məmmədli Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatıdır.


Oxunma sayı: 2366

Oxşar yazılar