Fəxrəddin Manafov rus serialında KRİMİNAL OBRAZDA - VİDEO

  • 21:32 - 01 Fevral

Aktyor Səmimi Mərdənoğlu uzun zamandır ekranlardan uzaqlaşan Xalq artisti Fəxrəddin Manafovla çəkildiyi "Aktyor" serialının doqquzuncu bölümündən kadrları sosial şəbəkə hesabında yayımlayıb.

Avropa.info bizim.media-ya istinadən xəbər verir ki, Rusiyanın birinci kanalında (Россия-1) yayımlanan ekran əsərində F.Manafov kriminal aləminin üzvlərindən biri olan Səməd, Mərdənoğlu isə Orxan obrazını canlandırıb.

Kadrlarda Səmimi ilə Fəxrəddin Manafovun arasında olan Azərbaycan dilində dialoq diqqət çəkib. İkilinin bu söhbəti isə rus dilinə sinxron tərcümə edilib.


Oxunma sayı: 2333

Oxşar yazılar