Putin və Paşinyan Qarabağdakı vəziyyəti MÜZAKİRƏ ETDİ

  • 18:34 - 31 Yanvar

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. 

Avropa.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Məlumatda qeyd edilir ki, danışıqlar erməni tərəfinin təşəbbüsü ilə baş tutub. 

Qarabağda mövcud vəziyyət, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında bütün üçtərəfli sazişlər kompleksinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanaraq müzakirə edilib. 

İkitərəfli gündəlikdəki bəzi aktual məsələlərə də toxunulub.


Oxunma sayı: 1937

Oxşar yazılar