
Mərkəzi Bank sabah faiz qərarını AÇIQLAYACAQ
- 23:16 - 31 Yanvar
Sabah saat 10:00-da Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.
Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, saat 11:00-da isə qurumun əsas binasında mətbuat konfransı keçiriləcək.