Abşeronda üç usta zəhərləndi, ikisi öldü, biri komaya düşdü

  • 19:31 - 31 Yanvar

Abşeronunda 3 nəfər zəhərlənib.

Avropa.info Trend-ə istinadən bildirir ki, hadisə rayonun Novxanıqəsəbəsində baş verib.

Qəsəbə ərazisində tikilməkdə olan fərdi yaşayış evində usta işləyən 1960-cı il təvəllüdlü Yusibov Siyasət Mirzəağa oğlu, 1968-ci il təvəllüdlü Ağayev Zamin Rəfi oğlu və 1966-cı il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu yemək yeyəndən sonra zəhərlənib. Hadisə nəticəsində Kamil Alıyev hadisə yerində dünyasını dəyişib. Siyasət Yusibov isə xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə nəticəsində halı pisləşən Zamin Ağayev isə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, Z. Ağayev hazırda KTM-in Təcili yardım şöbəsində qırmızı zonada, reanimasiya bölməsindədir: "Vəziyyəti kəsik ağırdır, komadadır. Lazimi ilkin yardım göstərilib, pasiyentin hazırki vəziyyətdən çıxarılması üçün ehtiyac olan tibbi müdaxilələr davam edir".


Oxunma sayı: 2784

Oxşar yazılar