Moskvada Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması vəzifələri müzakirə olunub

  • 14:02 - 31 Yanvar

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərini, o cümlədən Moskva ilə Bakı arasında Müttəfiqlik Əməkdaşlıq haqqında Bəyannamənin icrası kontekstində Rusiya və Azərbaycan əməkdaşlığı müzakirə edib. 

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunu qəbul edib.

“Söhbət zamanı Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi kontekstində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə edilib. Həmçinin bir sıra aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin həyata keçirilməsi əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə toxunulub”, - məlumatda deyilir.


Oxunma sayı: 1255

Oxşar yazılar