İsveç NATO üzvlüyünü ifrat sağçılar və terrorçulara qurban verir: Avropada kəskin şəkildə artan islamofobiya təzahürləri - ŞƏRH

  • 13:42 - 31 Yanvar

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı münaqişə Avropanın təhlükəsizliyinə təhdid və risklərin səviyyəsini artırıb. 

Avropa.info bildirir ki, Ukraynada baş verən qanlı döyüşlərdən sonra iki Skandinaviya ölkəsi - İsveç və Finlandiya ötən il mayın 18-də Şimali Atlantika Alyansına üzvlük üçün müraciət edib. 

Helsinki və Stokholm ilkin olaraq hərbi-siyasi bloka inteqrasiya yolunda birgə işləməyə ümid etsələr də, YPG terrorçularının ortaqlarının hərəkətləri və danimarkalı ifrat sağçı Hard Dealın İsveçdə Qurani-Kərimin nüsxəsinin yandırması ilə təxribat törədilib.

Ölkədə təşkil edilən anti-Türkiyə təxribatları və nifrət cinayətləri fonunda öz hərəkətsizliyi ilə İsveç hakimiyyəti ekstremistlərin hərəkətlərinə məhəl qoymamaq adı ilə faktiki olaraq NATO üzvlüyünü qurban verir. 

İsveçin NATO-ya üzvlüyü məsələsində optimist yanaşmaya sadiq qalan İsveç hakimiyyəti terror təşkilatı tərəfdarlarının təxribatlarının, eləcə də İslam əleyhinə təxribatların qarşısını almaq üçün addımlar atmır. Məsələn, şənbə günü, yanvarın 21-də Danimarkanın ifrat sağçı Hard Deal partiyasının lideri Rasmus Paludan müsəlmanların müqəddəs kitabı olan Quranın nüsxəsini açıq şəkildə yandırıb. 

Eyni radikal Danimarka hakimiyyətinin icazəsi ilə Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında anti-islam hiyləsini təkrarlayıb. Və onun təhlükəsizliyi Danimarka polisi tərəfindən təmin edilib. 

Türkiyə hakimiyyəti Avropada islamofobiya təzahürlərini kəskin şəkildə pisləyib. Quranın bir nüsxəsinin yandırılmasına etirazlar təkcə Türkiyədə deyil, bir çox başqa ölkələrdə də keçirilib. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 23-də deyib ki, İsveç Stokholmda Türkiyə əleyhinə aksiyalar keçirmək və Quranı yandırmaq üçün icazənin verilməsi fonunda Ankaranın NATO-ya üzv olmaq ərizəsini dəstəkləyəcəyini gözləməməlidir. 

“Bu cür biabırçılığa yol verənlər NATO-ya müraciətlə bağlı bizdən heç bir lütf gözləməməlidirlər. Əgər İsveç Türkiyəyə, eləcə də müsəlmanların dini hisslərinə hörmət etməsə, o zaman Alyansa üzvlük üçün heç bir dəstək görməyəcək”, - Türkiyə lideri bildirib. 

Danimarkanın ifrat sağçı Hard Deal partiyasının lideri Rasmus Paludan yanvarın 27-də Quranın bir nüsxəsini yandıraraq İslam əleyhinə növbəti təxribat törədib. 

Radikal çoxlu sayda polisin himayəsi altında Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında müsəlmanların müqəddəs kitabını yandırıb. 

İsveç hakimiyyəti onların etdiklərini təqdir etmədiklərini, lakin ölkədə söz azadlığının olduğunu deyir. 

Türkiyə hakimiyyəti dini hisslərin bu cür təhqir olunmasının təkcə müsəlmanlara deyil, bütün dinlərə qarşı yönəlmiş bir hərəkət olduğunu vurğulayır. 

Təxribatların nəticəsi NATO-ya üzvlük üçün üçtərəfli mexanizmin iclasının Ankara tərəfindən təxirə salınması oldu. 

İsveçdə baş verənlərdən fərqli olaraq Finlandiyada vəziyyət daha sakitdir. 

Helsinki Ankaraya doğru müsbət addımlar atdı və qonşu İsveçdəki qalmaqallı hadisələrə bənzər neqativ hərəkətlərə imkan verməyib. 

Finlandiya xarici işlər naziri Pekka Haavisto yanvarın 24-də YLE telekanlının efirində bildirib ki, Finlandiya İsveç olmadan NATO-ya daxil olmağı düşünməlidir. 

Haavisto Madriddə keçirilən NATO sammiti çərçivəsində iki Skandinaviya ölkəsinin Türkiyə ilə imzaladığı Üçtərəfli Memorandumun icrasını şərh edib. 

Finlandiyanın "İsveçlə eyni sürətlə" ərizəni təsdiqləmə yolu ilə getməsinin mənası varmı sualına Finlandiyanın xarici işlər naziri bildirib ki, Helsinki lazım gələrsə, bu strategiyanı "gözdən keçirməlidir". "Hər iki ölkənin təhlükəsizliyi baxımından, əlbəttə ki, bu, prioritet seçimdir", - deyə Haavisto qeyd edib. 

Eyni zamanda, Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri son vaxtlar İsveçdə baş verən təxribat xarakterli hərəkətlərə cavab olaraq Ankaranın reaksiyasına diqqət çəkib. “Türkiyə İsveçdə baş verənlərdən şoka düşüb və qəzəblənib, bu da öz növbəsində Ankara ilə danışıqları çətinləşdirir. Bu etirazçılar Finlandiya və İsveçin təhlükəsizliyi ilə oynayırlar. Onların məqsədi Türkiyəni təhrik etmək və ictimai rəyə təsir etməkdir”, - diplomatiya rəhbəri bildirib. 

Lakin yanvarın 29-da Türkiyə dövlətinin başçısı etiraf edib ki, Ankara Finlandiyanın NATO-ya üzvlük müraciətinə İsveçdən ayrı baxa bilər. İsveç rəsmiləri bəyanatı şərh etməyiblər. 

Bu dəfə Haavisto bildirib ki, Finlandiya NATO-ya ayrılıqda deyil, İsveçlə birlikdə üzv olmaq istəyir. 

"Prezident Ərdoğanın çıxışından belə nəticəyə gəldik ki, Türkiyənin Finlandiyanın NATO-ya daxil olması prosesini sürətləndirmək vizyonu var", - diplomatiya rəhbəri bazar ertəsi bildirib. 

Onun sözlərinə görə, buna baxmayaraq, Finlandiya hələ də "müdafiə və xarici siyasət sahəsində ən yaxın müttəfiq" olan İsveçlə birlikdə NATO üzvü olmağa çalışır. 

NATO-ya üzv olmaq üçün bloka üzv olan 30 ölkənin hamısının razılığı lazımdır. 

İsveç və Finlandiya hələ Macarıstan və Türkiyənin razılığını almayıb.


Oxunma sayı: 2828

Oxşar yazılar