Bakıda evdə güclü partlayış - Əcnəbi tələbələr yaralandı

  • 09:51 - 31 Yanvar

Bakının Sabunçu qəsəbəsində partlayış baş verib.

Avropa.info qafqazinfo-ya istinadən xəbər verir ki, Şəhər şosesi döngə 2, ev 8 ünvanında qaz sızması nəticəsində partlayış olub.

Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı çöküb. Hadisə zamanı evdə olan Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları 1991-ci il təvəllüdlü Phulpreet Singh və 2002-ci il təvəllüdlü Prem Sagar müxtəlif dərəcəli bədən xəsartləri alıb.


Oxunma sayı: 2113

Oxşar yazılar