
Zərdabda şəhid baş leytenant Ağaqardaş Abbasovun xatirəsinə həsr olunmuş film təqdim olunub - FOTO
- 22:49 - 30 Yanvar
Vətən müharibəsi şəhidi baş leytenant Ağaqardaş İlham oğlu Abbasovun xatirəsinə həsr olunan “Mənim mərd balam” sənədli filminin təqdimat mərasimi keçirilib.
Zərdab rayon icra hakimiyyəti başçısının müavini Pərvin Mahmudova, YAP Zərdab Rayon Təşkilatının sədri İlkin Əliyev, icra hakimiyyətinin məsul şəxsləri,Təhsil sektorunun müdiri,idarə və təşkilatların rəhbərləri, Gənclər və idman idarəsinin rəisi, Gənclər evinin könüllüləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri,qazilərin iştirak etdiyi təqdimat mərasimi dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Avropa.info xəbər verir ki,tədbirin rəsmi hissəsində rayon icra hakimiyyəti başçısının müavini Pərvin Mahmudova, YAP Zərdab Rayon Təşkilatının sədri İlkin Əliyev, jurnalist Ruslan Bəşirli, şəhid valideynləri çıxış edərək bildiriblər ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman vətən övladlarının mübarizliyi, fədakarlığı ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki şanlı qələbəsi, torpaqlarımızın 30 illik işğalına son qoyulması ilə nəticələnib və bu qələbə hərb tariximizə qızıl hərflərlə yazılıb.
Daha sonra rejissoru və ssenari müəllifi Günel Abbasova olan “Mənim mərd balam” sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, sənədli filminin ideya və ssenari müəllifi Heydər Əliyev fondu və Günel Abbasovadır. Filmin informasiya dəstəyi Avropa.info xəbər portalıdır. Filmin hazırlanmasında Avropa.info-nun baş redaktoru Ruslan Bəşirli və saytın reklam direktoru Şirvani Hümmətoğlu yaxından iştirak ediblər.



























