Türkiyə İstanbulda keçiriləəck Qaz Sammitinin tarixini AÇIQLADI

  • 12:53 - 30 Yanvar

14-15 fevral 2023-cü il tarixlərində İstanbul Yaxın Şərq, Aralıq dənizi və Mərkəzi Asiyadan “mavi yanacaq” istehsal edən ölkələr və Avropadan olan istehlakçıların iştirakı ilə İstanbul Qaz Sammitinə ev sahibliyi edəcək. 

Avropa.info bildirir ki, bu barədə bazar ertəsi Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib. 

Nazirin sözlərinə görə, sammitə hazırlıq davam edir. 

Türkiyənin Energetika Nazirliyinin rəhbəri daha sonra Türkiyədə beynəlxalq qaz qovşağının formalaşdırılması istiqamətində atılan addımlardan danışıb. 

Onun sözlərinə görə, bu gün Ankara Bolqarıstanla yanaşı Şimali Makedoniya, Rumıniya və Moldovaya qaz nəqli məsələsini müzakirə edir. 

Türkiyənin Energetika Nazirliyinin rəhbəri onu da bildirib ki, BOTAŞ dövlət şirkətinin rəhbəri Omandadır. 

"Biz Omanla ildə 1,4 milyard qaz almaq üçün 10 illik müqavilə imzalamağa hazırlaşırıq", - Dönmez deyib.


Oxunma sayı: 2927

Oxşar yazılar