Britaniyanın baş naziri Mühafizəkarların liderini vəzifəsindən uzaqlaşdırdı

  • 23:12 - 29 Yanvar

Böyük Britaniyanın baş naziri Rişi Sunak Nadhim Zahavini Mühafizəkarlar Partiyasının sədri vəzifəsindən və kabinetdən uzaqlaşdırıb. 

Avropa.info xəbər verir ki, bu barədə Sunakın Zahaviyə göndərdiyi mesajda deyilir. 

“Müstəqil araşdırmanın sonunda məlum oldu ki, nazirlik məcəlləsi ilə bağlı ciddi pozuntular olub. Nəticə etibarı ilə sizi Əlahəzrətin hökumətindən uzaqlaşdırmaq qərarına gəldiyini bildirirəm”, - deyə o bildirib.

Araşdırma zamanı məlum olub ki, Zahavi dövlət vəzifəsində çalışarkən vergi sahəsində bir sıra qanun pozuntularına yol verib. 

Nadhim Zahavinin təxminən 5 milyon funt sterlinq vergi borcunun olduğu bildirilir.


Oxunma sayı: 1750

Oxşar yazılar