"Tvitter" barədə SENSASİON məlumat: Şok edən detallar üzə çıxdı

  • 19:44 - 29 Yanvar

ABŞ-ın keçmişdəki qanunsuzluqlarını və təzyiqlərini ortaya qoyan "Tvitter" açıqlamalarına yeniləri əlavə olunur. 

Avropa.info xəbər verir ki, müstəqil jurnalist Matt Taibbi "Böyük media dələduzluğu" adı ilə "Tvitter Files" adlı son fayl seriyasını paylaşıb. 

Paylaşılan fayllar, Hamilton 68 analiz saytının mühafizəkar və sağa meylli hesabları yanlış şəkildə "Rus botları" olaraq etiketlədiyini ortaya qoyub. 

Sözügedən hesabların Rusiya tərəfindən dəstəklənən təbliğat xəbərlərinin mənbəyi kimi göstərildiyi və haqsız yerə bağlandığı iddia edilib. 

Hamilton 68 saytı Demokratiyanın Müdafiəsi Alyansı tərəfindən maliyyələşdirilir. 

Son açıqlamalar, ABŞ Kəşfiyyatının keçmiş ekspertlərindən də dəstək alan bu strukturun mühafizəkar seqmentə təzyiq vasitəsi kimi istifadə edildiyini ortaya qoyub. 

Fayllarda bu əməliyyatda əsas medianın da fəal iştirak etdiyi yazılıb. 

“Politico”dan tutmuş “Washington Post”a qədər bir çox mühüm təşkilatın Hamilton 68 analiz saytını mənbə kimi göstərərək, yüzlərlə hesabın Rusiya botları olduğu yalanını ictimaiyyətə xidmət etdiyi vurğulanıb.


Oxunma sayı: 1827

Oxşar yazılar