Rusiyadan Ukraynaya İTTİHAM: "Xəstəxananı vurdular"

  • 15:27 - 29 Yanvar

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna Silahlı Qüvvələrinin Luqansk bölgəsində bir xəstəxananı hədəf alan hücumda 14 nəfərin öldüyü, 24 nəfərin yaralandığı açıqlanıb. 

Avropa.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynadan ilhaq edilən Luqansk vilayətinin Ukrayna Silahlı Qüvvələrinin hədəfində olduğunu açıqlayıb.

Luqansk vilayətinin Novoaidar bölgəsində aylardır yerli əhaliyə tibbi yardım göstərən xəstəxananın ABŞ istehsalı olan HIMARS çoxbarrelli reaktiv yaylım atəşi sistemi ilə vurulduğunu bildirən nazirlik, 14 nəfərin həlak olduğunu bildirib. Hücum nəticəsində onların həyatı və 24 nəfər yaralanıb. 

Bütün yaralılara lazımi yardım göstərildiyini açıqlayan Rusiya Müdafiə Nazirliyi, "Fəal xidmət etdiyi bilinən bir səhiyyə müəssisəsinə qəsdən raket hücumu Kiyev rejiminin törətdiyi hərbi cinayətdir. Planlamada əli olanların və bu cinayəti törədənlər tapılaraq məsuliyyətə cəlb olunacaqlar”, bildirib.


Oxunma sayı: 1662

Oxşar yazılar