Peruda avtobus uçurumdan aşıb: Ölən və yaralananlar var

  • 14:32 - 29 Yanvar

Cənubi Amerika ölkəsi Peruda avtobusun uçuruma aşması nəticəsində 25 nəfər ölüb, 35 nəfər yaralanıb. 

Avropa.info xəbər verir ki, Peru mediasının məlumatına görə, ölkənin Talara əyalətindən yola düşən avtobus Los Organos şəhərində uçuruma düşüb. 

Qəzada 25 nəfər ölüb, 35 nəfər yaralanıb. 

Yaralıların bölgədəki xəstəxanalarda müalicəsi davam edərkən axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. 

Bildirilib ki, avtobusun sərnişinləri özəl şirkətin əməkdaşlarıdır.


Oxunma sayı: 1596

Oxşar yazılar