İsraildə hökumətin siyasətinə qarşı kütləvi nümayişlər keçirilib

  • 11:34 - 29 Yanvar

Ədliyyə orqanlarının səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsinə etiraz edən minlərlə insan paytaxt Təl-Əvivdə aksiya keçirib. 

Avropa.info xəbər verir ki, minlərlə insan qeyri-hökumət təşkilatlarının, hüquqşünaslar birliyinin və yüksək texnologiyalar sektorunun nümayəndələrinin çağırışı ilə meydana çıxıb. 

Aksiya iştirakçıları Qüdsün Neve Yaakov rayonunda ərəb terrorçunun törətdiyi terror aktı nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edib, onların ailələrinə və yaxınlarına başsağlığı veriblər. 

Təl-Əvivin mərkəzindəki Kaplan küçəsində minlərlə nümayişçi İsrail bayraqları ilə toplaşıb. Nümayişçilər “diktaturaya yox” və “demokratiya üçün” şüarları səsləndiriblər. 

Təl-Əvivlə yanaşı, Hayfada da təxminən 10 min insanın iştirak etdiyi nümayiş keçirilib. İnsanlar ölkənin bir çox şəhərlərində, o cümlədən Qüds, Beer Şeva, Hayfa, Modiin və Rişon Lezionda mitinqlərə çıxıblar.


Oxunma sayı: 1882

Oxşar yazılar