
Azərbaycanın Tehrandakı səfirliyinin qarşısında və Güney Azərbaycanın şəhərlərində dinc AKSİYALAR KEÇİRİLƏCƏK - FOTO
- 10:00 - 29 Yanvar
Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktı ilə bağlı İranda dinc aksiyalar keçiriləcək.
Avropa.info-nun məlumatına görə, bu barədə “Azad İran” teleqram kanalı xəbər verir.
Bildirilir ki, terror hadisəsi zamanı şəhidlik zirvəsinə ucalan Orxan Əsgərovun ailəsinə başsağlığı vermək üçün insanlar yanvarın 29-da Azərbaycanın Tehrandakı səfirliyi, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu və Güney Azərbaycanın digər şəhərlərində yerləşən nümayəndəliklərin qarşısında yerli vaxtla saat 17:00-da toplaşmağa çağırılırlar.
Azərbaycanın diplomatik nümayəndəliklərinin önündə şam yandırılaraq şəhidin xatirəsi ehtiramla yad ediləcək və terror hadisəsi qətiyyətlə pislənəcək.
