Nazir polkovnik-leytenantın yerinə yeni rəis təyin etdi

  • 21:32 - 28 Yanvar

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə rəisi təyin olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə polis kapitanı Süleyman Abbasov təyin edilib.

Süleyman Abbasov bundan əvvəl Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin rəis müavini vəzifəsində çalışıb. 

Qeyd edək ki, bu ilin yanvar ayının 1-də 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tural Məşədiyev vəzifəsindən azad olunmuş, onun yerinə müvəqqəti olaraq “Bakı Xəbər” qəzetinin baş redaktoru, jurnalist Aydın Quliyevin oğlu, polis mayoru Sahil Quliyev təyin olunmuşdu.


Oxunma sayı: 4786

Oxşar yazılar